Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 13:48:00
Həyat bilgisi, Texnologiya kimi fənlərin dərs saatları kimə verilməlidir? – Bölgü  

Orta təhsil müəssisələrində fənn bölgüsü müəllimlərin ixtisasına uyğun olaraq aparılır, ixtisasa uyğun kadr olmadıqda həmin fənn vakant yer kimi ayrılır. 

AzEdu.az xəbər verir ki, bəzi fənlərdən isə ayrıca ixtisas müəllimi yoxdur. Həyat bilgisi, Texnologiya  belə fənlərdəndir. Bəs həmin fənlərin dərs saatları kimə verilməlidir? 

Mövzu ilə bağlı açıqlamasında Ağdam şəhər 91 nömrəli  tam orta məktəbinin direktoru Nemət Rüstəmli bildirib ki, bu fənlərin dərs saatları məzmunca yaxın fənnləri tədris edən müəllimlərə verilməlidir.

“Məktəbdə əgər təsviri incəsənət müəllimi olmadıqda, onu texnologiya müəllimi tədris etdiyi kimi, texnologiya fənnini də təsviri incəsənət əvəz edə bilər. Həyat bilgisi fənni isə kurslarda  təlim keçmiş müəllimə verilməlidir. Bu kurslar Bakıda 10 gün müddətində təşkil olunur və daha sonra  müəllim kadrlar məktəblərə göndərilir. Həmin müəllimlərin  ixtisası isə kimya, biologiya, coğrafiya və tarix ola bilər”.

Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə saatlar məktəbin ali idarəetmə orqanı olan pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, dioqnostik qiymətləndirmədən yüksək bal toplayan qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən hər hansı birinə verilməlidir.

Ayşə Müseyib