Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 12:35:00
Ən güclü magistrlər  bu universitetlərdə oxuyurlar - Siyahı  

2018-ci ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanlarında ən yüksək qəbulolma faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Mühəndislik Universitetinin məzunlarına məxsusdur.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 16 nəfər məzunundan 13-ü, Bakı Ali Neft Məktəbinin 38 nəfər məzunundan 26-sı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hər 100 nəfər məzunundan 64-65-i, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər 100 nəfər məzunundan 62-63-ü, Azərbaycan Dövlət İqtisad Universitetinin hər 100 nəfər məzunundan 62- 63-ü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 77 nəfər məzunundan 46-sı, Bakı Mühəndislik Universitetinin hər 100 nəfər məzunundan 59-60-ı magistraturaya qəbul olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları