Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 12:20:00
Bağçalarda uşaq sıxlığı artıb – Son rəsmi rəqəmlər  

Respublika məktəbəqədər təhsil müəssisələrində şagird sıxlığı artıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə mövcud məktəbəqədər təhsil müəssisələri, orada təhsil alan uşaqlar, pedaqoji işçilər və s-nin sayı qeyd olunub.

Statistik göstəricilərə diqqət etdikdə məlum olur ki, bu il bağçalardakı hər 100 yerə düşən uşaq sayı 89-dur. Ötən il isə bu göstərici 88 idi. Məktəbəqədər təhsil müəssisələrində ən yüksək sıxlıq isə 2016-cı ildə müşahidə edilib. Həmin ildə müəssisələrdəki hər 100 yerə 90 şagird düşüb.

Məktəbəqədər təhsil müəssisələrində şagirdlərin ən az olduğu, rahat yerləşdiyi il isə 2001-ci il olub. Həmin ildə 100 yerə 76 nəfər düşür.

Məcmuədə qeyd olunub ki, son ildə ölkədə 1803 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Onlarda 126 866 uşaq təhsil alıb. Onların 59 mindən çoxunu qızlar təşkil edir. Məktəbəqədər müəssisədə təhsil alanların 28, 5 faizini məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlılar təşkil edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları