Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 09:13:00
İnternat müəssisələrində oxuyan valideynsiz şagirdlərin sayı artıb- Rəsmi rəqəmlər  

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə mövcud internat müəssisələrinin sayı, orada təhsil alan şagirdlər barədə statistikalar dərc olunub.

Göstəricilərə görə, internat müəssisələrində təlim tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ötən illərlə müqayisədə artıb. 2019-cu ildə internat məktəblərində 862 belə şagird təhsil alıb. 2018-ci ildə isə bu say 737 idi. İnternat müəssisələrindəki valideyn himayəsindən məhrum uşaqların dayında ən çox artım 2001-ci ildə müşahidə edilib. Həmin ildə internat məktəblərində 2484 şagird təhsil alıb.

Internat məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayında isə azalma müşahidə olunub. Məcmuədə onların sayının 28 olması qeyd edilib.

Məcmuədə o da qeyd olunub ki, ölkə ərazisində 24 internat məktəbi fəaliyyət göstərir. Ötən illə müqayisədə onların sayında heç bir dəyişiklik müşahidə olunmayıb, stabil qalıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları