Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 17:51:24
“Məktəbimizdə” – fotorubrika  

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

AzEdu.az xəbər Budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.

Təhsil müəssisəsində  oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur.

Son 5 ildə sözügedən məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60  faiz olub.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.