XƏBƏRLƏR

21.10.2019 13:45
Summativ qiymətləndirmə  jurnala necə qeyd edilir? – Ayrılan səhifə sayı  

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra bu mövzu xeyli aktuallaşdı. Artıq yeni tədris ilinin başlanması müəllimlər üçün summativ qiymətləndirmə məsələlərini gündəmə gətirib.

Müəllimləri maraqlandıran aktual məqamlardan biri də summativ qiymətləndirmələrin jurnala necə qeyd edilməsi, onlar üçün neçə səhifənin ayrılması ilə bağlıdır.

AzEdu.az müəllimlərə kömək məqsədilə V – XI siniflərdə jurnalın dərs və qiymətləndirmə səhifələrinin fənlərə verilən saatlar üzrə bölgüsünü təqdim edir:

Qaydalara uyğun olaraq, 1 saat keçirilən fənlərdə dərslərə ayrılan səhifələrin sayı 2, 2 saatlıq fənlərdə 4, 3 saatlıq fənlərdə 6, 4 saatlıq fənlərdə 8 səhifədir.       5 saatlıq fənlər üçün isə bu səhifələrin sayı 9-dur.

Bundan əlavə,  V-XI siniflərdə saatından asılı olmayaraq qiymətləndirmə üçün bütün fənlərə 2 səhifə ayrılır.

Dərs üçün ayrılan səhifə dedikdə isə nömrələnmiş deyil, şagirdlərin siyahısı və dərs mövzusu yazılan  səhifə başa düşülür.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativ qiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmır.

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu