Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 12:45:54
Direktorları ən az maaş alan tədris müəssisələri- Rəqəmlər  

Qeyri-neft sektorunun inkişafı ilə peşə təhsilinə maraq günü-gündən artır. 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra bu sahədə bir çox uğurlu işlər görülüb.

Peşə təhsilində atılan uğurlu addımlardan biri də, peşə təhsili müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqının və tələbə təqaüdlərinin artırılmasıdır.

AzEdu.az-ın məlumatına görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun  “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusulu konfransdakı çıxışında peşə təhsili müəssisələrində çalışan işçi heyətinin orta aylıq əmək haqları barədə məlumat verib:

"2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşları sxemi və məbləğləri təsdiq edilib".

P.Yusifov çıxışı zamanı,  tələbə təqüdlərinə də toxunub:

"2016-cı illə müqayisədə peşə təhsili müəssisələrində direktorların maaşları 219 manatdan  550 manata, müəllimlərin maaşları, 191 manatdan, 423 manat istehsalat təlimi ustalarının maaşları 171 manatdan 357 manata, texniki heyətin maaşı, 126 manatdan 195 manata, təhsilalanların təqaüdləri isə 38.5 manatdan 50 manata qaldırılıb".