XƏBƏRLƏR

21.10.2019 11:05
Bölgə məktəbləri paytaxtdakı müəssisələrə nədə uduzub?- Qəbul göstəriciləri    

Bakı və bölgə mərkəzlərindəki dövlət ali təhsil müəssisələrinin ödənişli təhsil formasına qəbul olan abituriyentlərin ballarının müqayisəsi göstərir ki, bu ali təhsil müəssisələrinin eyniadlı ixtisaslarına keçid ballarında əhəmiyyətli fərq var.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Eyniadlı ixtisasları üzrə keçid balları Bakıda yüksək, bölgələrdə isə aşağıdır. Təbii ki, bu, ilk növbədə, bölgə ali təhsil müəssisələrinin ixtisaslarında müsabiqə vəziyyətinin aşağı olması ilə bağlıdır.

Bu bir faktdır ki, bölgələrdən olan hazırlıqlı abituriyentlərin çoxu ixtisas seçərkən Bakıda yerləşən ali təhsil müəssisələrinə üstünlük verir. Nəticədə, onlar bəzən yaxşı imtahan göstəricilərinə nail olsalar da, mərkəzdəki ali təhsil müəssisələrinə yüksək müsabiqədən keçə bilmir və qəbuldan kənarda qalırlar. Halbuki, belə abituriyentlər bölgə ali təhsil müəssisələrinin ixtisaslarını da seçərlərsə, onların qəbul olmaq şansları daha yüksək olar. Abituriyentlər ixtisas seçərkən bu amili də nəzərə almalıdırlar.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu