Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 10:49:00
Abituriyent məktəb proqramının yalnız bu qədərini mənimsəyir  - Kəskin səviyyə fərqləri  

Eyni ixtisas qrupu daxilində müxtəlif ixtisaslara qəbul olan abituriyentlərin imtahan fənləri üzrə göstəricilərində kəskin fərqlər var.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

I ixtisas qrupunda ən yüksək keçid balı formalaşan ixtisaslara qəbul olan abituriyentlər hər bir fənn üzrə tədris proqramının orta hesabla 97–99%-ni mənimsəyiblər. Halbuki, həmin qrupda ən aşağı keçid balı formalaşan ixtisaslarda bu göstəricilər 35–53%- dir. Analoji vəziyyət digər ixtisas qruplarında da müşahidə olunur.

Buradan belə bir nəticə çıxır ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyələrində ciddi fərqlər var. Bu fərq ümumilikdə 35–64% arasında dəyişir. Orta statistik abituriyent məktəb proqramının yalnız 33–58%-ni mənimsəyir. Deməli, problemin kökü ümumtəhsil məktəblərində tədrisin keyfiyyət səviyyəsinə bağlanır. Bu səviyyə nə qədər yüksək olursa, ümumilikdə ali təhsil müəssisələrinə qəbulda müsabiqə vəziyyəti bir o qədər yüksəlir və qəbul olanlar arasında hazırlıq səviyyəsi daha yüksək olanların xüsusi çəkisi artır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları