Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 17:57:00
İmtahan zamanı şagirdlərin başına karton qutu keçirdilər - MARAQLI SƏBƏB
Hindistanda imtahan zamanı köçürmələrin qarşısını almaq üçün şagirdlərin başına karton qutu keçirilib. 
 
AzEdu.az  xəbər verir ki, Hindistanın Karnataka əyalətindəki bir məktəbdə sınaq imtahanında şagirdlərin bir-birindən köçürmələrinin qarşısını almaq istəyən məktəb rəhbərliyi çarəni şagirdlərin başına karton qutu keçirməkdə tapıb.
 
Qeydə alınan görüntülərdə şagirdlərin başlarına karton qutular keçirilmiş halda imtahan suallarını cavablandırması sosial mediada narazılıqla qarşılanıb. Məktəb direktoru sözügedən üsulun başqa bir məktəbdə tətbiq olunduqdan sonra bu yola əl atdıqlarını bildirərək üzr istəyib.