Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 17:36:00
Müəllimlərin nəzərinə: Direktorun əmək müqaviləsinə dəyişiklik səlahiyyəti var?

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin bağlanmasının əsasları, ləğvi və s. ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə verilən suallardan biri də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlıdır.

Sual:

Direktorun əmək müqaviləsinə dəyişiklik etmək hüququ var?

Cavab:

Bəli. Amma əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər. Yəni, buun üçün müəllimin də razılığı tələb olunur. Razılaşdırılmış dəyişikliklər mək müqaviləsinə daxil edilir.

Əmək Məcəlləsinə görə, həcmcə çox olduğuna görə müvafiq dəyişikliyi əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin müqavilə yenidən tərtib edilməlidir. Bundan əlavə, müəllim həmin dəyişikliklərin ayrı – ayrılıqda tərtib edilib təsdiqlənməsini də tələb edə bilər.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları