Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 11:45:00
Şəhriyar Məmmədyarov şahmat akademiyası açmaq istəyir 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov  öz adına akademiya  və ya məktəb açmaq fikrindədir.

Bu barədə  qrossmeyster “Facebook” hesabında paylaşım edib.  O, “Şəhriyar Məmmədyarov adına akademiya və ya məktəb açmağı düşünürəm. Çünki bu gəncləri özü ilə aparan yolçu lazımdır. Nə fikirləşirsiniz? Əgər düşüncələriniz mənimlə eyni olsa, söz verirəm üstündə duracam”-, deyə qeyd edib.

AzEdu.az xəbər verir ki, Ş.Məmmədyarov bununla bağlı modern.az saytına açıqlama verib. O bildirib ki, akademiyan;n açılması ilə bağlı  hələ ki fikir yoxdur, sadəcə düşüncədir:

“Fikirləşirəm ki, hələ öz şahmat yolumu davam etməliyəm. O cümlədən ən böyük uğurlar üçün çalışmalıyam. Yaxın gələcəkdə inşallah akademiya haqda daha ciddi fikirləşəcəm”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov  yeniyetmələr üzrə ikiqat dünya çempionu, sürətli şahmat üzrə dünya çempionu, Şahmat Olimpiadasının qızıl medalçısı, Azərbaycan yığması ilə üçqat Avropa çempionudur.