Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 15:29:00
Hərbi xidməti başa vuran müəllim neçə günə işinə bərpa oluna bilər? - Cavab

AzEdu.az müəllimlərə dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin bağlanmasının əsasları, ləğvi və s. ilə bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə verilən suallardan biri də hərbi xidmət keçən müəllimin yenidən işinə bərpası ilə bağlıdır.

Sual:

Hərbi xidmət səbəbindən işdən ayrılan müəllim nə zaman işinə bərpa oluna bilər?

Cavab:

AzEdu.az xəbər verir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla , işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər ,hərbi xidmətdən buraxıldıqdan sonra əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.

Amma bunun üçün ən geci 60 təqvim günü keçənədək müraciət etməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları