Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 12:55:00
Bərdə və Ağcabədi rayonlarında hazırlıq kursları və elmi-metodiki seminarlar keçiriləcək

24-25 oktyabrda Bərdə və Ağcabədi rayonlarında qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları və elmi-metodiki seminarlar keçirəcək.

AzEdu.az xəbər verir ki, DİM 24 oktyabr 2019-cu il tarixdə saat 11:00-da Bərdə rayonunda (DİM-in Bərdə regional bölməsində; Bərdə ş., H.Əliyev prospekti, 100) Azərbaycan dili, fizika, biologiya, tarix, coğrafiya və kimya fənlərindən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları keçirəcək. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.

25 oktyabr 2019-cu il tarixdə saat 12:00-da isə Ağcabədi rayonunda Bayraq Muzeyində (Ü.Hacıbəyov prospekti) Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis, rus, fransız dili) fənlərindən elmi-metodiki seminarlar keçiriləcək. Seminarlarda Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Beyləqan, Fizuli və Xocavənd rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər.