Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 13:50:00
NASA “başqa dünyaya giriş”i göstərdi

“NGC 4380” spiralvari qalaktika fantastik filmlərdə göstərilən obyektə bənzəyir. Belə ki, o, vizual olaraq “başqa ölçüdəki dünyaya olan portal”a bənzəyir.

AzEdu.az xəbər verir ki, NASA “Hubble” teleskopu ilə çəkilən müvafiq şəkli özünün saytında yerləşdirib.

Amerika kosmik agentliyinin məlumatında bildirilir ki, belə bir qalaktika “əslində adi haldır”.

““NGC 4380” spiralvari qalaktikalar Kainatda geniş yayılıb”, - NASA yazır.

“NGC 4380” Yerdən 15 meqaparsek  aralıda Qız bürcündə yerləşib. Qalaktika 1826-cı ildə astronom Con Herşel tərəfindən aşkar olunub.(oxu.az)