XƏBƏRLƏR

19.10.2019 14:29
Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə “Data Mining” texnologiyaları araşdırılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə “Data Mining” texnologiyalarının imkanları araşdırılıb. “Təhsil Data Mining” (EDM) texnologiyalarının köməyi ilə intellektual analiz aparılır, tədris sahəsindən daxil olan məlumatların öyrənilməsi üçün metodlar tətbiq olunur.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu texnologiya lazımi informasiyanın şagirdlərə vaxtında çatdırılması, tədris prosesinin təkmilləşdirilməsi, “ağıllı tədris proqramı”nın hazırlanması, maarifləndirici prosesin fərdiləşdirilməsi, sosial şəbəkələrdən şagird haqqında informasiyanın əldə olunması, tədris prosesinin daimi monitorinqinin aparılması və s. imkanları təklif edir.

İlin gənc müəllimi-Müraciət formu