Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 15:57:00
“Sosial layihələr” müsabiqəsinin təhsil müəssisələrində təqdimatları keçiriləcək

“Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində oktyabr ayı ərzində Bakı və Sumqayıt şəhərində yerləşən ali, peşə və orta ixtisas təhsili müəssisələrində təqdimat görüşləri keçiriləcək.

Bu barədə AzEdu.az-a İctimai Birlikdən məlumat verilib. 

Təqdimatlarda iştirakçılara müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq.

Görüşlərdə iştirak etmək istəyən şəxslər bu link - http://qeydiyyat.sosiallayiheler.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqdimatların tarixi, vaxtı və məkanı baradə iştirakçılara əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Sosial Layihələr” müsabiqəsinə layihələrin qəbulu davam etdirilir və qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistem vasitəsi ilə onlayn qaydada aparılır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı riib.az saytından, eləcə də (012) 488-01-50 əlaqə telefonu və 150 çağrı mərkəzi vasitəsi ilə əldə etmək mümkündür.