Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 17:20:00
Serbiyada təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə - Tələb olunan sənədlər  

Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

AzEdu.az xəbər verir ki, Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb.

AzEdu.az təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:

 Serbiyada təqaüdlə təhsil almaq istəyən Azərbaycan vətəndaşları oktyabrın 25-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:

Ödənişsiz təhsil;

Müvəqqəti yaşayış üçün qeydiyyat xərci;

Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;

Yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);

Tibbi sığorta;

15.000 Serb dinarı məbləğində aylıq təqaüd

QEYD: Təhsil ölkəsinə gediş-gəliş üçün nəzərdə tutulan nəqliyyat xərcləri qarşılanmır

Tələb olunan sənədlər:

Təhsil sənədləri;

  1. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
  2. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
  3. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;

Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınmasınan (nostrifikasiyası) dair sənədin surəti;

Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti;

CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) (ingilis dilində);

Ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surəti;

QİÇS/HİV xəstəliklərinin olmamasına dair tibbi arayış- ingilis dilində və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec olmamalıdır);

İngilis və ya serb dili biliyini təsdiqləyən arayış və ya sertifikat;

1 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir

QEYD:Yuxarıda adları qeyd olunan sənədlərin (1,2 və 5-ci bəndlər) notarial qaydada serb və ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur.

Təqaüd Proqramına daxil olan ixtisaslar barəsində məlumat almaq üçün, aşağıda göstərilən keçiddən istifadə edərək, qeyd olunan universitetlərin ixtisasları ilə tanış ola bilərsiniz.

https://edu.gov.az/upload/file/ELAN/2019/10/kecid1-serbiya-respublikasinda-tehqil-teqaudu.pdf

Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı aşağıda göstərilən elektron poçta ünvanlaya bilərsiniz.

[email protected]   

Günel Yaşarqızı
Müəllifin digər yazıları