Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 13:06:30
Məktəblərdə dərnək rəhbəri necə seçilməlidir?-Kimlər bu işi görə bilməz?  

Orta ümumtəhsil müəssisələrində təşkil edilən dərnəklər şagirdlərin yaradıcılıq potensialını kəşf etmək, onları düzgün istiqamətləndirmək məqsədi güdür. Amma son vaxtlar müəllimlər dərnəklərin yalnız bəzi həmkarlarının dərs saatlarını tənzimləmək üçün vasitə xarakteri daşıdığını deyir. Onların fikrincə, dərnək rəhbəri heç bir əsası olmadan təyin edilir.

Bəs, ümumiyyətlə, dərnək rəhbəri necə seçilməlidir? Kimlər dərnək rəhbəri ola bilərlər?

AzEdu.az məlumat verir ki, bu mövzunun təfərrüfatı “Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili” Qaydasında əksini tapıb. Qaydalara görə, dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә ya azad edilə. Dәrnәyә müәllim, yaxud kәnardan dәvәt olunan mütәxәssis rәhbәrlik edə bilər. Amma həmin şəxsin dәrnәyin istiqamәti, mәzmunu, mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını əsasdır. Dərnək rəhbəri təyin edilərkən onun dərnək istiqaməti üzrə bacarlqlarını tәsdiq edәn sәnәdlәr - diplom, sertifikat vә s. nәzәrә alınmalıdır.

Dәrnәklәr dәrsdәnkәnar vaxtlarda vә direktorun tәsdiqlədiyi cәdvәl üzrә aparılır. Onların fәaliyyәti yerli tәhsili idarәetmә orqanlarının tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir.

Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Şagirdlәrin maksimum sayı 15 nәfәr olmalıdır.

Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr.

Qeyd edək ki, dәrnәklәr ayrılmış ştat vahidinә uyğun yaradılır. Onlar tәhsilalanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdris - maddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları