XƏBƏRLƏR

18.10.2019 11:00
Riyaziyyat fənni üzrə hələ də boş qalan vakant yerlər – Müəllimlərin diqqətinə  

İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində boş qalan vakansiyalara namizədlərin əlavə yerləşdirilməsi bal və coğrafi bölgü prinsipi əsasında aparılır.

AzEdu.az xəbər verir ki, qeyd olunan ərazi üzrə uyğun namizəd olmadığı təqdirdə vakansiyalar  İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsində paylaşılacaq.

Elan ediləcək vakansiyalarla bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) rəylər bölməsində qeyd edə bilərlər.  

 AzEdu.az riyaziyyat fənni üzrə tutulmayan vakansiyaları təqdim edir:

Şamaxı şəhəri

Məktəb-Meysəri kənd A.Şirinov adına tam orta məktəb

Ünvan-Meysəri kəndi

Status/Dərs yükü-Sosial məzuniyyət yeri/10saat

(Azərbaycan bölməsi üzrə)

Şamaxı şəhəri

Məktəb-Həmyəli kənd tam orta məktəb

Ünvan-Həmyəli kəndi

Status/Dərs yükü-Vakant yer/10saat

(Azərbaycan bölməsi üzrə)

Şamaxı şəhəri

Məktəb-Zaratxeybəri kənd ümumi orta məktəb

Ünvan-Zaratxeybəri kəndi

Status/Dərs yükü-Vakant/10saat

(Azərbaycan bölməsi üzrə)

Ağdam şəhəri

Məktəb-İmamqulubəyli qəsəbə tam orta məktəb

Ünvan-İmamqulubəyli qəsəbəsi

Status/Dərs yükü-Vakant yer/5 saat

(Azərbaycan bölməsi üzrə)

Füzuli şəhəri

Məktəb-Füzuli rayon 33 nömrəli tam orta məktəb

Ünvan-3 saylı Zobucluq qəsəbəsi

Status/Dərs yükü-Vakant yer/10saat

(Azərbaycan bölməsi üzrə)

Qeyd edək ki, vakansiyalara müraciət üçün müddət 1 gündür.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu