XƏBƏRLƏR

17.10.2019 13:23
Nazir: “Bəzi fənlərin həftəlik dərs yükü çoxdur”

“İbtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb. Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir”.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin dərsliklər özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək: "Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Amma hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır".

Nazir bildirib ki, bəzi fənlərin, xüsusilə ibtidai sinif şagirdləri üçün fənlərin həftəlik dərs yükü çoxdur:

"Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla istifadə müddəti müxtəlif olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu