Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 13:30:00
Təhsil naziri: “Bu tədris müəssisələrində diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq“  

"2019-cu ilin sonunadək peşə təhsili müəssisələrində, diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq “

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib:

“Müəllimlərinin diaqnostik qiymətləndirməsi ilk olaraq, ümumtəhsil məktəblərinin müəllimlərinə şamil edilirdi. 2018-ci ildən etibarən isə həm ümumtəhsil, həm də peşə təhsili müəssisələrində çalışan müəllimlərə də şamil edilir. 2019-cu ilin sonunadək peşə təhsili müəssisələrində, diaqnostik qiymətləndirmədən keçməyən müəllim qalmayacaq”.

Nazir sualları cavablandırarkən ali məktəb müəllimlərinin qiymətləndirilməsi məsələsinə də toxunub:

“Ali təhsil müəssisələrinə gəldikdə isə, onlar ən yüksək muxtariyyətə malik təhsil müəssisələri olduğu üçün burda müəllimlərinin bilikləri diaqnostik qiymətləndirmə vasitəsilə  deyil, başqa formada həyata keçirilir. Belə ki, onlar 5 ildən bir attestasiya həyata keçirirlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları