XƏBƏRLƏR

17.10.2019 12:24
Nazirdən tələbələrə xatırlatma: “Universitetlərə təhsilhaqqını hissə-hissə ödənilməsini tövsiyə etdik və...”  

“İnsanlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq universitetlərə təhsilhaqqının hissə-hissə ödənilməsinə şərait yaratmalarını tövsiyə etdik. Əksər ali təhsil müəssisələri bunu həyata keçirdi”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqı hesabına həyata keçirilir:

“Ali məktəblərə dövlət sifarişi ilə qəbul olunan tələbələrin təhsil haqqını dövlət ödəyir. Ödənişli əsaslarla təhsilalanlar isə ödənişi özləri həyata keçirirlər. Bu ödənişlər ali təhsil müəssisələrinin gəlirlərinin əsasını təşkil edir. İnsanlar tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq universitetlərə təhsil haqqının hissə-hissə ödənilməsinə şərait yaratmalarını tövsiyə etdik. Əksər ali təhsil müəssisələri bunu həyata keçirdi”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu