XƏBƏRLƏR

17.10.2019 12:12
Nazir hazırlıq qrupları ilə bağlı qaranlıq məqama aydınlıq gətirdi – Möhlət hüququ veriləcək?  

“Hazırlıq qruplarında təhsil alanlarla bağlı hərbi xidmətdən möhlət hüququna dair norma mövcud deyil. Onlara bu hüquq yalnız tələbə adını qazandıqdan sonra verilir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, universitetlərdə hazırlıq qruplarının təşkilinin hüquqi təminatı həyata keçirilib:

“Bu barədə Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib və hər hansı məhdudiyyət tətbiq olunmayıb. Hazırlıq qruplarında təhsil alanlarla bağlı əsgərlikdən möhlət hüququna dair norma mövcud deyil. Onlara bu hüquq yalnız tələbə adını qazandıqdan sonra verilir. Hazırlıq qruplarında təhsil haqqı dövlət tərəfindən tənzimlənmir və ödənişli əsaslarla həyata keçirilir.

Eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi də tələbə sayını artırıb”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu