Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 11:57:00
Nazir ehtiyat dərslik məsələsini qabartdı: “Bu istiqamətdə daha rahat nəticə əldə edəcəyik”  

“Bu il orta təhsil müəssisələri üçün ehtiyat dərsliklər hazırlanıb. Bəziləri ilk dəfə cari tədris ilində, bəziləri isə təkmilləşdirmə mərhələsindən sonra tətbiq ediləcək”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, hazırkı tədris materialları ilə  ənənəvi dərsliklər arasında bir sıra fərqlər var:

“Əsas yenilik isə  budur: Ana dili və riyaziyyat dərslikləri 2 hissədən ibarət hazırlanıb və hər biri bir yarımil üzrə nəzərdə tutulub.

Bundan əlavə, yalnız dərslik və müəllimlər  üçün deyil, valideynlər üçün də metodiki məsləhətlər hazırlanıb.

İlk dəfə məşhur nəşriyyatla əməkdaşlıq edilərək, xüsusi xarici dil dərsliyi tərtib olunub. Düşünürük ki, bu istiqamətdə işlər görməklə daha rahat nəticə əldə edəcəyik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları