Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 11:48:00
47 min şagird təmayülləşməyə cəlb olunub - Nazir

"Biz ümumi təhsil sahasində təmayülləşmənin müsbət nəticələrini hiss etdik. Ötən il 47 min şagird 10-11 -ci sinifdən təmayülləşməyə cəlb olunub".

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-da keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-2020 -ci tədris ilindən başlayaraq, yalnız akademik deyil, digər təmayülləşmə qrupları da bura daxil edilib:

"Bu şəbəkənin genişlənməsi ilə bağlı nazirlik hazırlıq işlərinə başlayıb. 33 mindən çox şagird ötən il fənn olimpiyadalarına qatılıb. Ötən il şagirdlərimiz dünya fənn olimpiadalarında 1 qızıl, 17 gümüş və 22 bürünc medal əldə edib. Çalışırıq ki, bu göstəricilərimiz  100 faiz olsun".

Nazir deyib ki, bu il Azərbaycan təhsilində ilkə də imza atılıb:

"STEAM  layihəsi də bu il tətbiq edildi. İlk olaraq,   42 məktəbdə təhsil alan 6000 min şagird bu layihələrə iki istiqamətdə  cəlb olunub.  Növbəti mərhələdə daha 3 modul istiqamət üzrə 20 min şagird bu layihəyə cəlb ediləcək".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları