Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 11:15:00
Növbəti illərdə digər bölgələrdə də lisey filialları açılacaq - NAZİR

Növbəti illərdə digər bölgələrdə də lisey filiallarının açılması planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2018-2019-ci tədris ilində təmayülləşmənin tətbiqinin müsbət effekti müşahidə edilib.

Bildirilib ki, bu istiqsmətdə görülən işlər xeyli genişləndirilib və nəticədə təmayülləşməyə 47minə yaxın şagird cəlb edilib.

Ceyhun Bayramov çıxışı zamanı ümumi Təhsil haqqında Qanuna edilən dəyişikliklərdən söz açaraq, təmayül siniflərinin artıq 20 deyil, 15 nəfərdən ibarət kontingentdən formalaşdığını bildirib:

“Digər təmayül siniflərinin açılması istedadlı şagirdlərin aşkar edilməsinə xidmət edir. İlk dəfə regionlarda 60 pilot lisey sinifləri yaradılıb. Bu il onların şəbəkəsi artırılıb. Lisey filiallarının Gəncə və Qubadan başqa, digər bölgələri də əhatə etməsi planlaşdırılır. Növbəti tədris ilində əhatə dairəsinin genişlənməsinin şahidi olacağıq".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları