Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 11:04:00
“Ümumtəhsil məktəblərində 20 peşə təmayüllü sinif təşkil edilib” - Ceyhun Bayramov

“Son bir il ərzində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqinin çox müsbət nəticələrini görürük. 2018-2019-cu dərs ilində 47 minə yaxın şagird təmayülləşməyə cəlb edilib”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Nazir deyib ki, bu dərs ilindən etibarən ümumtəhsil məktəblərinin bazasında peşə təmayül siniflərinin açılmasına start verilib:

”Artıq 20 peşə təmayüllü sinif təşkil edilib. Həmin siniflərdə oxuyan şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları