Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 10:25:00
Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi başlayıb

Bakıda Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi keçirilir.

AzEdu.az xəbər verir ki, konqresin əsas məqsədi dünya üzrə qabaqcıl, aparıcı mütəxəsislər, tədqiqatçılar və klinisistlər arasında əməkdaşlıq əlaqələrini qurmaq, bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin inkişafı üçün bilik və bacarıqların mübadiləsi üçün uzunmüddətli platforma yaratmaqdır.

Konfransda kliniki neonatologiyada müasir nəzəri və praktiki yanaşmalar, neonatologiya sahəsində ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaq.

Tədbir Azərbaycan həkimləri ilə yanaşı Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, İran, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrin aparıcı alimləri və mütəxəssisləri olmaqla ümumilikdə 200 nəfər iştirak edir. Konqres neonatologiya sahəsində çalışan aparıcı mütəxəsislərin əldə etdiyi son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışları və praktik vərdişlərin nümayişi formatında keçiriləcək, tanınmış alimlərin 20-ə yaxın mühazirələri dinlənəcək, ekspert müzakirələr aparılacaq.

Konqresdən sonra 2 gün ərzində təlim kurslarına başlanılacaq. Təlim kurslarında elmin yeni nailiyyətləri, teoritik və praktik məşğələlər olacaq.