XƏBƏRLƏR

17.10.2019 09:13
Payız giləmeyvələri və onların faydaları

Giləmeyvələr insan sağlamlığı üçün çox faydalıdır. Xüsusilə də onlar payız mövsümündə - daha çox vitamin və faydalı maddələrə ehtiyac duyulanda lazımdır.

AzEdu.az  “MedikForum”a istinadən bu mövsümdə istifadə etməli olduğumuz dadlı və ətirli giləmeyvələri təqdim edir:

İtburnu

İtburnu payız mövsümündə çox faydalıdır. Onun meyvələri, limon, portağal, qara qarağatla müqayisədə, C vitamini ilə daha zəngindir. Bu isə giləmeyvənin soyuqdəyməyə qarşı yüksək qoruyucu gücə malik olmasından xəbər verir.   

Gəndəlaş

Bu payız giləmeyvəsi də C vitamini ilə zəngindir. Bundan əlavə, giləmeyvənin tərkibində yod var. Bu, immun sisteminin möhkəm saxlanılması üçün çox vacibdir. Bu şəkildə, gəndəlaşlı çayı payız mövsümünün əvəzolunmaz içkisi saymaq olmaz.

Başınağacı

Belə giləmeyvəni payız mövsümündə istinənilən halında istifadə etmək lazımdır. Tərkibində olan vitaminlər sayəsində ondan soyuqdəymə və zökəmə qarşı əla profilaktik vasitə kimi istifadə etmək olar. Amma əgər artıq yoluxmusunuzsa, o zaman başınağacı sizi xəstəliklərin xoşagəlməz əlamətlərindən azad edə bilər.

Çaytikanı

Bu giləmeyvə orqanizmi A, C, E, K, B qrupu vitaminləri, kalium, marqanetslə doyuzdurmağa imkan verir. Onların hamısı hamiləliyə hazırlaşan və ya artıq hamilə olan qadınlara lazımdır. Eləcə də çaytikanı – körpənin əsəb sisteminin patalogiyasının inkişafının qarşsını almaqda əla kömək edir.

Qara meyvəli quşarmudu

Onun da tərkibində çoxlu C vitamini var. Belə giləmeyvəni soyuqdəymə və qalxanabənzər vəzi xəstəliklərinin profilatikası üçün qəbul etmək çox vacibdir.

Daş-böyürtkən

Sentyabrın sonlarında yetişən bu giləmeyvə hərarəti aşağı salmağa imkan verir. Ona görə də yüksək qızdırma zamanı daş-böyürtkən yemək çox faydalıdır.

Yemişan

Yemişandan daha çox mürəbbə və cem, marmelad və kompot hazırlayırlar. Bu payız giləmeyvəsi yuxunun normallaşdırılması, əsəb pozuntuları zamanı çox faydalır. Yemişan həzm sisteminin işinin yaxşılaşdırılmasına imkan verir.

İlin gənc müəllimi-Müraciət formu