Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 18:10:00
“UniTalks”: Dizaynda insan psixologiyası  

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi və Texnoparkın birgə təşkilatçılığı ilə “UniTalks”ın növbəti təlim-seminarı keçiriləcək.

AzEdu.az xəbər verir ki, təlimdə “Shuffle University”nin ilk təlimi olan və təlimçi Aqşin Rəcəbov tərəfindən hazırlanan “Dizaynda insan psixologiyası” və “İnsanları birləşdirən UX  (User Experience)” haqqında danışılacaq. Keçiriləcək təqdimatlarda “UX-in dizaynda rolu nədir və nə kimi əhəmiyyət daşıyır?”, “layihələrdə UX təcrübəsindən necə yararlanmalıyıq?” kimi məsələlərə aydınlıq gətiriləcək.

Təlimdə, həmçinin dizayn sahəsində əsas yer tutan UX dizayn, rəqəmsal dünyanın bizə gətirdiyi bir çox yeniliklər, az büdcə ilə çox insana çatmağın yolları,   sosial şəbəkə reklamlarının detalları müzakirə olunacaq.

Təlim-seminar 19 oktyabr tarixində, BMU-nun akt zalında keçiriləcək.

Qeyd edək ki, belə təlim-seminarların təşkilində əsas məqsəd innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasına təkan vermək, onlara öz bizneslərini qurmaq imkanlarının yollarını aşılamaqdır.