Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 17:25:00
“AMEA-nın müəllimləri işlərinə məsuliyyətsiz yanaşırlar” – Əminağa Sadıqov  

“Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dərs deyən müəllimlər işlərinə ciddi yanaşmırlar”.

AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın müxbir üzvü və akademik-katibi Əminağa Sadıqov Reyasət Heyyətinin bu gün keçirilən iclasında söyləyib.

O bildirib ki,AMEA-nın magistratura şöbəsində dərs deyən müəllimlər tələbələrə laqeyd münasibət bəsləyirlər:

“Müəllimlər magistratura səviyyəsində təhsilalanlara dərs deyərkərn gecikir və işlərinə məsuliyyətsiz yanaşırlar. Hətta bəzi müəllimlər ezamiyyətdə olur, ümumiyyətlə, dərs prosesində iştirak etmirlər. Onlar bu ciddiyyəti dərk etmirlər”.

Qeyd edək ki, AMEA-nın nəznində magistratura şöbəsi iki ildir, fəaliyyət göstərir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları