Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 17:14:26
Magistraturada təhsil alan tələbələr üçün dərs otaqları yoxdu - Akademik-katib

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələr üçün dərs otaqları təşkil edilmir.

AzEdu.az xəbər verir ki, bu sözləri AMEA-nın müxbir üzvü və akademik-katibi Əminağa Sadıqov  Reyasət Heyyətinin bu gün keçirilən iclasında deyib.

O, AMEA-nın magistratura səviyyəsində təhsil alanların bir sıra problemlərlə qarşılaşdıqlarını qeyd edib:

“Bir çox institutlarda magistraturada təhsil alanlar üçün dərs otaqları mövcud deyil. Bunlar Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu, Fəlsəfə İnstitutu, Neft və Qaz İnstitutudur. Burada tələbələr yalnız kabinetlər deyil, elektron lövhə və digər vasitələrlə də təhciz edilmirlər. Bu, təhsil prosesində əsaslı çətinliklər yaradır”.

Qeyd edək ki, iki ildir,AMEA-nın nəznində magistratura səviyyəsi üzrə təhsil təşkil edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları