Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 17:00:00
AMEA-nın tədris prosesi təkmilləşdirilir - Əminağa Sadıqov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində tədris prosesi təkmilləşdirilir.

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın akademik-katibi, müxbir üzvü Əminağa Sadıqov bu gün keçirilən iclasda söyləyib.

O, magistratura səviyyəsində tədris prosesinin təşkili və qarşıda duran vəzifələr haqqında danışıb:

“AMEA-nın magistratura səviyyəsi üzrə təhsil almaq üçün 22 ixtisas 75 ixtisaslaşma üzrə 120 nəfər qəbul olunub. Keçən illə müqayisədə 2019-cu ildə bu rəqəm iki dəfə artıb. Tədris prosesinə cəlb olunan müəllimlər AMEA-nın tanınmış alimləri sırasından seçilib. Burada 19 müxbir üzv 41 professor olmaqla 66 elmlər doktoru və 101 dosent olmaqla 127 fəlsəfə doktoru dərs deyir”

AMEA-nın müxbir üzvü qeyd edib ki, tədris-metodiki sənədlər, xüsusilə də sillabuslar tədris ili başlananadək hazırlanıb təsdiqlənmələri üçün müvafiq təhsil şöbəsinə vaxtında təqdim olunmalıdır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları