Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 16:17:37
Dövlət universitetlərində təqaüd alan tələbələrin sayı azalıb – Rəsmi statistika  

Dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında təqaüd alanların sayı azalıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərə diqqət yetirdikdə məlum olur ki, ötən tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbəsində oxuyan tələbələrin 36,8 %-i təqaüd ala bilib. 2017-2018-ci tədris ilində isə bu say 37.8 % olub.

Ən çox təqaüd alan tələbə isə 2000-2001-ci illərdə qeydə alınıb. Həmin ildə qeyd edilən kateqoriyaya aid olan tələbələrin 45 %-i təqaüd alıb.

2005–2006-cı illərdə bu göstərici 44, 2010- 2011-ci illərdə 41,1 % olub. 2016- 2017-ci tədris ilində tələbələrin 39,2 %-i təqaüd ala bilib.

Qeyd edək ki, statistik göstəricilər dövlət ali təhsil müəssisələrinin, əyani şöbələrində təhsil alan  tələbələrə aiddir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları