Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 15:02:00
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

AzEdu.az xəbər verir ki, iclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı, YayFest düşərgəsi, “Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar dinlənildi. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunmuşdur. 

Həmçinin, iclas çərçivəsində  XIII qrant müsabiqəsinin (C kateqoriyası) üzrə nəticələri təsdiq edilmişdir.