Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 14:04:00
Duz dağının əzəməti - Şəmil Sadiq  YAZIR

Böyük şəxsiyyətlərin şəninə tərif söyləmək, yaz­maq çox çətindir. Çünki yazılacaq yazı, deyiləcək söz nə qədər müdrikcəsinə deyilsə də, böyük adamın əməl­­lərini, gördüyü işlərin genişliyini, dərinliyini ifa­də edəcək qüdrətdə olmur. Böyük arzular əmələ çev­ri­­­ləndə, onu ifadə etməyə sözün qüdrəti də çatmır. Onun üçün də mən ənənəmə sadiq qalıb akademik İsa Həbibbəylinin 65 illik yubileyi münasibətilə sa­də­cə xatirələrimi və düşüncələrimi yazmağı qərara al­dım.

Akademik İsa Həbibbəyli...

Düz bir il bundan ön­cə­yə qədər bu ad mənim üçün Naxçıvan Dövlət Uni­ver­­sitetini yenidən quran və dünyaya tanıtdıran bir rek­tor, Cəlil Məmmədquluzadə yaradıcılığının funda­men­tal araşdırıcısı, Azərbaycan elminin inkişafı na­mi­nə fədakar bir alim mücəssəməsi, Akademiyanın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adı­na Ədəbiyyat İnstitutunun direktoru, dövlətçilik yol­la­rında Ulu Öndər məktəbinin layiqli nümayəndəsi məna­larını ifadə edirdi. Bu cür assosiasiya Akademik İsa Həbibbəyli adını eşidən hər kəsdə yaranır. Çünki Aka­demikin uzunmüddətli yorulmaz fəaliyyəti onu gö­rü­nən məğrur və qürurlu bir dağ kimi ucaltmış, el­mi və siyasi camiyyədə sevdirmişdir. İsa Həbibəyli gör­kəmli elm xadimi, təhsil adamı kimi xalqımız tə­rə­fin­dən sayılıb-seçilən bir ziyalıdır. Bütün bu qeydlə­rim, sanki görünən dağı ifadə edir... O dağı ki, bir tə­rə­fi sərt qayalar, bir tərəfi yaşıllıqlar olan yer səthində məğ­­rur, qürurlu, yenilməz və müdrikcəsinə ucal­mış­dır.

­Bu gün isə İsa Həbibbəyli adı mənim üçün ta­ma­mən başqa bir məna ifadə edir, bunun adı doğ­ma­lıq, sə­mimilik və dostluqdur.

Cəmiyyətimizdə var olan bu cür ziyalıların siyasi, el­­mi, ictimai fəaliyyətini mətbuatdan izləyir, oxuyur və müəyyən fikirlərdə oluruq. Bəzən isə onlar haq­qın­da haqlı və ya haqsız şəkildə mühakimə yürüdür və fərq­­li fikir formalaşdırırıq. Bu cür komplekslərlə uca dağa yaxın­laşmağın mümkün olmadığını, çətinliyini, qəl­bi­nə gedən yolların keçilməzliyi ilə aramızda bir məsafə ya­ra­dırıq. Lakin görünən dağın qəlbindəki zənginliyi, sə­­­rin­liyi, istiliyi, böyüklüyü, sevgini görmək üçün ona yaxın getmək və uzaqdan böyük görünən bu da­ğın hər parçasını incələmək və tanış olmaq lazımdır.

Bir neçə il idi ki, doktoranturaya qəbul olmaq üçün cəhd edirdim. Gah özümdən, gah da digər­lə­rin­dən asılı olaraq bu iş alınmırdı. Bir gün qərar verdim ki, yenidən müraciət edim. Nəzərdə tuturdum ki, bu mü­na­sibətlə Nizami adına Ədəbiyyat İnstitutunun ye­ni direktoru Akademik İsa Həbibbəylini təbrik edər, ədəbiyyat sahəsində gördüyüm işlər haqqında ona məlumat verər, öz timsalımda gənclərin fəa­liy­­yəti ilə onu tanış etmiş olaram.

İstədiyimdən artıq oldu... Heç bir zaman ünsiy­yə­ti­­miz olmayan, heç bir yerdən şəxsi tanışlığımız ol­ma­yan bu səmimi ziyalı ilə görüşdüm. Müəllifi və re­dak­to­­­ru olduğum bir neçə kitabı hədiyyə etdim. Dok­to­ran­­­turaya qəbul olmaq arzumu dilə gətirdim. Birinci gö­­rüşümüz qısa oldu: “Sənədlərini ver baxarıq”, – dedi. Bir neçə həftədən sonra sənədlərimi elmi ka­tib­li­yə verdim və yenidən görüşdük... Bu dəfə isə İsa müəl­­­limin yaratdığı səmimi münasibətdən cürətlənib tə­­sis etmək istədiyim pyes müsabiqəsi haqqında da da­­­nışdım, dəstəyini istədim. Böyük həvəslə bu mə­sə­lə­də yanımızda olacağanı dedi. Hətta yerindəcə müsa­bi­­­qənin adının “Anamın kitabı” olmasını təklif etdi. Mə­­­nim romantik Cavid sevgisi ilə yaratmaq istədiyim bu müsabiqəyə realist Cəlil sevgisi də daxil oldu. Bir az nə işlə məşğul olduğum haqqında məlumat istədi. Be­ləcə, bir dəfə də görüşdük... Və dördüncü gö­rü­şü­mü­­zün təşəbbüskarı İsa müəllim oldu. Həmin ərəfədə aka­­demik Teymur Kərimlinin yeni vəzifəyə getdiyi üçün, onun vəzifəsini mənim tutmağımı istədiyini de­di. Elə hökmlə, elə inamla dedi ki, nə müzakirə etməyə, nə də düşünməyə imkanım oldu. Çünki bu tək­li­fin arxasında müdrik bir insanın gəncliyə olan inamı, eti­­barı dururdu. Beləliklə, mənim doğma Ədəbiyyat İns­titutunda doktorant olmaq arzum birdən-birə bu mö­təbər elm ocağında direktor müavini olmaqla bit­di. İsa müəllimin bu təklifini, addımını onun gənc­lər­lə işləmək, gəncləri önə çəkmək, gəncliyə stimul ver­mə­k kimi qiymətləndirirəm. Çünki bir gənc kimi mən də öz qınıma çəkilib, təhsilimiz və elmimiz üçün gü­cüm çatan dərəcədə müstəqil fəaliyyət göstərirdim. Mə­­nim kimi, bir çox gənc var ki, dövlət və millət üçün heç kimdən heç nə gözləmədən əməli işlər gö­rür. Lakin dövlətçiliyimizin sadiq carçısı, elmimizin fə­­dakar insanlarından biri olan İsa müəllim kimi zi­ya­lı­­larımız əllərini gəncliyin çiyninə qoyduqları, onlara da­ha işıqlı yol göstərmək arzusunda olduqları zaman döv­lətimiz və millətimiz üçün xeyirli və uğurlu olur.

Elə buna görə də İsa müəllim haqqında düşün­dü­yüm zaman onun elmi, siyasi fəaliyyəti ilə bərabər, in­sani keyfiyyətlərinə daha çox heyranlıq duyuram. Çünki çox az insan olur ki, siyasi fəaliyyət göstərərək həm dövlətin, həm də xalqın etibarını itirməsin, sima­sı­nı dəyişməsin. İsa müəllim elmi, ictimai-siyasi fəa­liy­yətində Ulu Öndər Heydər Əliyevə, prezidentimiz İlham Əliyevə verdiyi dəyərlə bərabər, həyatının bö­yük bir hissəsini bəxş etdiyi doğma Naxçıvanında el ağ­saqqalı kimi tanınması və adının rəğbətlə qarşı­lan­ma­sı bunun bariz nümunəsidir. Ziyalının şəxsiyyəti o za­man bütövləşir ki, onun əməlləri ilə əqidəsi üst-üstə düşür, yaradıcılığı ilə həyat tərzi vəhdətdə olur. Bu zaman geniş anlamda qəbul etdiyimiz “insan” anlayışı ilə tanış oluruq: bu ziyalıdır, bu müəl­­limdir, bu siyasi xadimdir, bu elm fədaisidir, bu və­təndaşdır – bu İsa Həbibbəylidir.

İnsanların həyatında kimlərinsə təsiri olur həmişə. Bu təsir işıqlı adamlardan olduğunda o, bu işığın tam­lı­ğa doğru göstərdiyi yolla gedir. Zənn edirəm ki, da­mar­larında bəy nəslinin qanını daşıyan İsa Hə­bib­bəy­li­nin həyatında böyük mütəfəkkir Cəlil Məmməd­qu­­luzadənin, akademik Abbas Zamanovun və Ümum­mil­­li lider Heydər Əliyevin təsiri daha güclüdür. Bəlkə də, məhz buna görədir ki, İsa müəllim sirli, qa­pa­lı, qorxulu, müəmmalarla dolu qara rəngi sevmir. O şəffaflığı, ağı, paklığı sevir və buna üstünlük verir. İsa müəllimin həyatının və yaradıcılığının bütün sa­hə­ləri Ağ yolla gedir.

Mənə yeni vəzifə təklif edəndə qarşıma iki şərt qoy­du: sadiqlik və məsuliyyət. Bir də kitabları ilə bə­ra­bər bir qutu Naxçıvan duzu verdi. Bu iki söz və əş­ya­vi yazı nümunəsi olan duz hər şeyi deyirdi. Təbii ki, sadiqlik və məsuliyyət istənilən rəhbərin işçi­sin­dən gözlədiyi və tələb etdiyi ilk və əsas amildir. Bu­nun geniş izaha ehtiyacı yoxdur. Amma duz mə­sə­lə­si vicdanıma oyulmuş bir möhür oldu. Çünki elimizin du­za münasibəti hamımıza bəllidir. Tarixin aşılan­ma­sın­­dan keçib bu gününə gələn duz kultu bir qutsallığa çev­rilib. İsa müəllimin duzu mənə verərkən ba­xış­la­rın­dakı dərinlik çox şeyi ifadə edirdi: duza sədaqət, duz dağı olmaq, duzu tapdalamamaq, duzu artıq et­mə­mək, duz verməyi bacarmaq və duz dağı kimi sa­bit, uzunömürlü, səxavətli, mərd, yenilməz və sirli ol­ma­ğı bacarmaq. (Bu yazını yazdığım ərəfədə işdən son­ra İsa müəllimin otağında bir kitab üzərində ça­lış­ma­­­­mızda onun şəxsi albomunu gördüm. Bir az və­rəq­lə­­dik. O zaman İsa müəllimin duz dağına olan ürək yan­ğılı məhəbbətinin, heyranlığının, hətta aşiq­li­yi­nin ifa­dəsini gördüm. “Duz dağı mənim romantikam­dır” de­yən İsa müəllimin albomunda 50-dən çox duz dağı ilə bağlı rəsm vardı. Bir çoxunda isə özü yox idi. Sa­də­cə sehrli duz dağı vardı.) İsa müəllimin bu duz yü­­künü çiynimə qoyması onun daima sayğı ilə andığı müəl­limləri – professor Əziz Şərifə, professor Abbas Zamanova, akademik Məmməd Cəfərə, professor Ya­vuz Axundluya qoyduğu ehtiramın və sayğının əla­mə­tini xatırlatdı mənə... Çünki söhbətlərimiz zamanı on­lar haqqında kövrələrək danışdığı xatirələr, onların gənc­lərə və millətimizə göstərdiyi xidmətlərini vur­­ğulaması, daima böyük tutması bir insanın duz-çörə­yə olan hörməti idi.

İsa müəllimin 1987-ci ildə Məmməd Cəfər müəl­li­mə yazdığı məktub onun sədaqət simvolu olan duza mü­­­nasibətinin tərənnümüdür:

"Əziz və unudulmaz ustad, salam!

Sizin mənə çox doğma olan adınız, şəxsiyyətiniz, əsər­­ləriniz, xidmətləriniz, səmimiyyətiniz günlər, illər keçdikcə nə­zərlərimdə daha da müqəddəsləşir. "Məmməd Cəfər mək­tə­bi"nin şagirdi olmağımla yalnız fəxr edə bilərəm. Az-çox el­mi vərdiş qazanmağım üçün hamıdan çox Sizə, Sizin nümu­nənizə minnətdaram."

İkinci tərəfdən bu duz qədim diyarımız olan Na­­x­çıvanın simvoludur. Və bunun üçün də duzla bağ­lı məhz Naxçıvanda yaranan bir alqış var: “Səni gö­rüm duz dağına dönəsən”. Bunun anlamı isə alqış­­la­nan insanın duz dağı kimi əbədi, səxavətli olması de­məkdir. Öz yurdu üçün xoş əməllərlə əbədi olması, istər mənəvi, istərsə də maddi tərəfdən dövləti üçün sə­xavətli olmaq İsa Həbibbəyli prinsipidir. İsa müəl­li­mə, sanki əməlisaleh analarımız milyon dəfə “səni görüm, duz dağına dönəsən” alqışını uca göylərə gön­­dərmişlər ki, bu gün duz dağı və İsa Həbibbəyli an­la­yışlarının xeyli ortaq cəhətini görə bilirik.

Bir dəfə söhbətlərimizdə belə bir fikir dedi: “Mə­nim üçün ən yaxşı naxçıvanlı odur ki, o Azər­bay­ca­na, azər­baycançılığa xidmət etsin. Yalnız bu cür əməl­lər sa­hibi naxçıvanlı olmağı ilə fəxr edə bilər”.

İsa müəllimlə tanışlığımda, dostluğumda, bu mək­­­təbin üzvü olduğum yeddi ay içərisində ondan Cəlil Məmmədquluzadə kimi ətrafındakıları maarif­­lən­­­dirmək və cəhalətdən uzaqlaşdırmaq ideyalarını, aka­­demik Abbas Zamanov kimi elmin inkişafı üçün gənc­­­lərə uzatdığı əli, səmimiliyi, qayğını, Heydər Əliyev kimi idarəçiliyi, xarizmatik dünyagörüşü, diq­qə­ti, möhkəm yaddaşı, uzaqgörənliyi gördüm, öyrən­dim və öyrənməkdəyəm...

İsa müəllimin qayğısını bir doktorant, bir kadr, bir oğul kimi hiss etmək və görmək çox asan və qürur­ve­ri­cidir. Bu böyük insandan bu cür münasibəti gör­mək heç də çətin deyil. Demək olar, İnstitutun kol­lek­ti­vi, gənc aspirantlar bu qayğını addımbaşı görür və ya­şayır. İsa müəllim, adətən, köməkçisi ilə mənə tez-tez jurnal və qəzetlər göndərir. Bu materialları vərəqləyəndə görürəm ki, hansısa bir məqalənin üstündə as­pirant və doktorantlarımızdan birinin adı yazılıb. Bə­zən də ad yazılmır, sadəcə, “Biz də bir qızın işi Macar-Azərbaycan ədəbi əlaqələri olmalıdır, ona verin” tipli cümlə yazılıb. Bu cür diqqətli olmaq hər in­sanın bacara biləcəyi iş deyil. Adını belə tanımadığı bir tədqiqatçıya lazım olacağını düşündüyü məqa­lə­lə­ri o qədər işin arasında seçib göndərmək, sadəcə müd­rik­lik əlamətidir. Açığı, mən İsa müəllimi tanıyana qə­dər elə bilirdim ki, çox aktiv və işgüzar adamam. Lakin altmış beş yaşı haqlamış İsa müəllimi gör­dük­dən, onunla işlədikdən sonra özümü o qədər passiv, as­­ta­gəl hiss edirəm ki, pafoslu görünməsin, bəzən pes­simizmə də qapılıram. Çünki onun sürətinə ye­ti­şə bilmirik. Onun diqqətcilliyinin qarşısında çox aciz qa­lı­rıq. AMEA kimi mötəbər bir qurumun vitse-prezi­den­ti, İnstitutun direktoru kimi idarəçiliklə məşğul ola-ola, ictimai-siyasi xadim kimi dövlət tədbirlərində iş­ti­rak etməklə bərabər, iki tədbirin arasında keçi­ri­lə­cək hər hansı bir tədbirin dəvətnaməsini belə redaktə et­məyə vaxt tapmaq, hazırlanacaq slaydlara şəkillər be­lə təklif etmək, nəşr ediləcək jurnalları vərəq-vərəq incə­ləmək, sadəcə yüksək zəka sahibinə, millətin tale­yi­ni öz taleyi hesab edən seçilmiş insanlara məx­sus­dur.

Təsadüfi deyil ki, akademik Abbas Zamanovun hələ 1987-ci ildə Naxçıvan Tarix Muzeyinin direktoru Süb­hi müəllimə yazdığı məktubda İsa müəllim haq­qın­da bu fikirləri işlətmişdir:

­“Möminə Xatun məqbərəsinin şəkli qiyamətdir. Bundan beş-on nüsxə mənə göndərsəniz, əla iş gör­müş olarsınız. Bu, mənim xaricdəki dostlarım üçün ən yaxşı hədiyyə olar. Siz tapa bilməsəniz, İsa Həbib ta­par. O, qoçaq adamdır, tapar. Hər hansı bir çə­tinlik onun qarşısında diz çökür. İsa Həbib aləmdir”.

Bir az da İsa Həbibbəyli və Ədəbiyyat İnstitutu haqqında...

Açığı, bir neçə il öncə ölkəmizdə gedən inkişaf Azərbaycan Milli Elmlər Akademiyasında o qədər hiss edilmirdi. Elmin keşiyini çəkən akademiyamıza ye­ni prezidentin təyin olunmasından sonra bütün ins­ti­tutlarda bir canlanma başladı. İstər kadr siyasəti, istər elmi müəssisələrə yaradılan şərait Azərbaycan Milli Elmlər Akademiyasını ölkənin ictimai-siyasi hə­ya­tında nüfuzlu bir qurum kimi yenindən söz sahibi et­məyə başladı. Bu baxımdan Akademik İsa Hə­bib­bəy­linin Nizami adına Ədəbiyyat İnstitutuna di­rek­tor təyin edilməsi ədəbiyyatşünaslıq elmimiz və ədə­biy­ya­tımız üçün böyük bir töhfə oldu. Yarandığı gün­dən Ədəbiyyat İnstitutunun direktorları ölkə üçün çox əhə­miyyətli insanlar olmuşlar. Bəlkə, elə bu­na görədir ki, Ədəbiyyat İnstitutunun nüfuzu digər müəs­si­sə­lərdən daima fərqlənmişdir. Əziz Mirəh­mə­dov, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi bö­yük alim­lər­dən sonra, bu instituta rəhbərlik edəcək ən layiqli elm xadimi məhz İsa müəllim idi. Bunu İsa müəllimin ins­ti­tut­da­kı bir illik fəaliyyətində daha aydın sezmək olar. Belə ki, bir il müddətində Ədəbiyyat İns­ti­tu­tun­da ya­ra­dı­lan “Ədəbi tənqid” şöbəsi, “Mətbuat tarixi” şö­bə­si, “Mühacirət ədəbiyyatı” şöbəsi, “Nəşriyyat” şöbə­lə­ri­nin yaradılması, “Ədəbiyyat məcmuəsi”, “Xəbərlər” elmi jurnallarının çapının intensivləşməsi, “Poe­ti­ka.izm”in tə­sis edilməsi, “Ədəbi əlaqələr” jur­na­­lı­nı İnstitutun qanadları altına alması, Aka­de­mi­ya­nın ta­rixində ikinci olan yüksək texnologiya ilə tə­min edil­­miş “Elektron” akt zalının məhz Ədəbiyyat İns­ti­tu­tunda yaradılması, uzun illər öncə fəaliyyətini da­yan­dırmış “Ədəbi proses” adlı illik hesabat xarakterli kon­­fransın yenidən fəaliyyətə başlaması ədəbiy­yat­şü­nas­lığın dirçəlməsinə, ədəbi proseslərə ciddi şəkildə mü­­nasibətin ortaya qoyulmasına xidmət edir. Elm öz­lü­­yündə ağır bir prosesdir. Onu çevikləşdirən və prak­­tik edən isə təhsildir. İsa müəllimin Naxçıvan Dövlət Universitetindən əldə etdiyi təcrübəni Ədə­biy­yat İnstitutunda həyata keçirmək arzusu ədəbiy­yat­şü­nas­lığımız üçün bir ərməğandır. Çünki İsa müəl­­lim Ədəbiyyat İnstitutana Naxçıvan Dövlət Uni­versitetitinin prizmasından yanaşır. Bu da elmi tədqi­qat müəssisəsinin imkanlarını genişləndirir, beynəl­xalq əlaqələrini formalaşdırır. Bunun nəticəsində də Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının dün­­yaya açılması prosesi başlanmış olur. Bu proses­dən isə qazanan, əlbəttə ki, Azərbaycan elmi, mədə­niy­­yəti olur.

Professor Asəf Zamanovun maraqlı bir fikri var: “Elə universitetlər var ki, ora kimi rektor qoysan, onu yük­səldir, çəkisini artırır. Elə müəssisələr də var ki, onları müəssisəyə rəhbərlik edənin şəxsi nüfuzu, ic­ti­mai-siyasi ampluası və əzmi daha yüksəklərə qaldırır. İsa müəllim məhz bu cür liderlərdəndir. Bunu Nax­çı­van Dövlət Universitetindəki fəaliyyəti də göstərmiş, bu gün Ədəbiyyat İnstitutunda da gedən proseslər sü­but edir. İsa Həbibbəyli ideyalarının həyata keçmə­sin­də, Azərbaycan ədəbiyyatşünaslığının yenidən və müa­sir tələblərlə formalaşmasında onunla çiyin-çi­yi­nə işləmək bir zövqdür. Bundan əlavə, bir akademi­kin xoş və şirin xatirələrinin şahidi olmaq, Abbas Za­manovun dili ilə desək, “bir aləmdir”.

Bu günlər “qızmar günəş” sevdalısı Akademik İsa Həbibbəylinin 65 illik yubileyidir. Artıq İsa müəllim tək­cə şəcərəsinin yox, Azərbaycanın, türk dünyasının ada­mıdır. Dərin zəkaya, müdrik düşüncəyə malik ustadın əlini sıxmaq, doğum gününü üzbəüz təbrik et­mək mənim həyatımın önəmli və dəyərli hadisə­lə­rin­dən olacaq!