Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 13:49:00
“Bizə 10 ali təhsilli, 50 nəfər isə peşə məktəbini bitirən mütəxəssis lazım olur” –“Azərsu”nun sədr müavini  

Azərsu ASC-nin müəyyən sahələri üzrə xüsusilə də regionlarda kadrlara ehtiyacı var”

Bu sözlər “Azərsu” İşlər İdarəsi rəisinin müavini Rahid Fətəlizadəyə aiddir.

“Bu gün bir sahəyə 10 nəfər ali təhsilli mühəndis lazımdırsa, 50 nəfər də peşə təhsilli mütəxəssis lazım olur”

R.Fətəlizadə AzEdu.az-a açıqlaması zamanı, kadr hazırlığında Təhsil Nazirliyi ilə “Azərsu” ASC-nin gördüyü işlərdən danışıb:

“Xüsusilə, son illərdə, ölkə başçısının  tapşırıq, göstəriş və prioritetlərinə uyğun olaraq, bütün sahələrdə, əhalinin rifahının yüksəldilməsi ilə bağlı böyük işlər görülüb.

“AzərSu” ASC Naxçıvan MR istisna olmaqla ölkədə su təchizatı və kanalizasiya sistemi ilə bağlı fəaliyyət göstərən yeganə dövlət qurumudur.  Cənab prezidentin diqqət və qayğısı ilə bu sahədə də yeniliklər edilir, yeni innovativ avadanlıqlar, texnologiyalardan istifadə  olunur. Bu gün “AzərSu” ASC tərəfindən bütün ölkə ərazisində su qurğuları, anbarlar istifadəyə verilir.  Bizim ən böyük problemimiz isə gətirilən yeni texnologiyalarla çalışacaq kadrların çatışmazlığıdır. Bu gün bir sahəyə 10 nəfər ali təhsilli mühəndis lazımdırsa, 50 nəfər də peşə təhsilli mütəxəssis lazım olur.  Dünya təcrübəsinə də nəzər salsaq, peşə təhsili müəssisələrinin  kadr hazırlığında  katalizator rollardan birini oynadığını görərik.  “Azərsu” ASC ilə Təhsil Nazirliyi arasında bir neçə il bundan əvvəl peşə təhsilinin inkişaf etdirilməsi ilə bağlı imzalanan rəsmi memorandumda peşə təhsili alan  tələbələrinin təcrübə mübadilələrinə cəlb edilməsi, məzunların işə götürülməsi və s. məsələlər nəzərdə tutulub.  Bu istiqamətdə, Təhsil Nazirliyi ilə bizim müvafiq qurumlar arasında lazımı işlər görülür.

 “Əməkdaşlarımız təxminən bir neçə ilə bundan əvvələ respublikanın müxtəlif  bölgələrindəki peşə təhsili müəssisələrini, demək olar ki, bir-bir ziyarət etdilər.  Müəyyən kadrları işə götürsək də istədiyimiz nəticəni əldə edə bilmədik.  Çünki həmin peşə təhsili müəssisələrində kadr hazırlanarkən tələb təkliflə üst-üstə düşmürdü.  Bizim istifadə etdiyimiz texnologiyalar, peşə məktəblərinə hələ tam tətbiq edilmirdi. Bu gün peşə təhsili müəssisələri işəgötürənlərlərin tələbinə əsasən kadr hazırlamalıdır. Dünya təcrübəsində də belədir. Peşə məktəbləri nəinki, Azərsu eləcə də digər qurumların tələbələrini nəzərə alaraq kadr hazırlamalıdır.  Kadr hazırlığında 3 əsas  faktor var. Təhsil mərkəzi, işəgötürənlər və işçilər”. 

“Belə möhtəşəm sosial bazanın olduğunu bilmirdik”

Rahid Fətəlizadə açıqlamasında Koreya standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzi ilə bağlı da təəssüratlarını bildirib:

“Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsilinin nəzdində Koreya Standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzinə gələnə qədər belə möhtəşəm sosial bazanın olduğunu bilmirdik.  Bu, bizim üçün çox xoş oldu.

Koreya Standartları əsasında yaradılan Peşə Təhsili Müəssisəsi gələcək əməkdaşlarımızın təhsil şəraiti ilə tanış olmağımız üçün platforma oldu.  Gələcəkdə işə götürmək istədiyimiz kadrların hazırlıq prosesi ilə də tanış olduq. Burdakı təhsil, şəraitdən məmnun qaldıq. 

Onu da qeyd edim ki, bu gün Azərsu ASC-nin müəyyən sahələri üzrə xüsusilə də regionlarda kadrlara ehtiyacı var. Koreya Standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzində təhsil alaraq yeni əmək bazarına daxil olacaq kadrları, gələcəkdə öz əməkdaşımız  kimi  “Azərsu” ailəsində görəcəyimizə ümid edirik”.