Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 12:49:52
Xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu göstəriciləri - STATİSTİKA

Polis Akademiyasının və Dövlət Təhlükəsizlik Xidməti Akademiyasının “Hüquqşünaslıq” ixtisaslarını seçən ortastatistik abituriyent ana dilindən test tapşırıqlarının 76.12, ədəbiyyatdan 66.56, riyaziyyatdan 59.76, tarixdən 71.92, ingilis dilindən isə 63.98%-ni düzgün cavablandırıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.

Azərbaycan Ali Hərbi Məktəbinin, Dövlət Sərhəd Xidməti Akademiyasının I qrup ixtisasını və Fövqəladə Hallar Nazirliyi Akademiyasının ixtisaslarını seçən ortastatistik abituriyentin düzgün cavablarının faizi ana dilindən 47.21, riyaziyyatdan 32.85, fizikadan 39.98, kimyadan 32.38, ingilis dilindən 30.72 olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ixtisasını seçən ortastatistik abituriyentin düzgün cavablarının faizi ana dilindən 49.65, riyaziyyatdan 40.25, fizikadan 39.87, kimyadan 37.21, biologiyadan 42.79 olub.

Orta Hərbi Tibb Məktəbi abituriyentlərinin düzgün cavablarının faizi ana dilindən 45.41, kimyadan 47.97, hərbi liseylərin abituriyentlərinin düzgün cavablarının faizi isə ana dilindən 29.96, riyaziyyatdan 25.17, fizikadan 23.40, kimyadan 24.80 olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları