XƏBƏRLƏR

15.10.2019 13:40
"Peşə təhsil müəssisələri arasında 115 memorandum imzalanıb" - Ceyhun Bayramov

"Peşə təhsil müəssisələri arasında 115 memerandum imzalanıb".

 AzEdu.az xəbər verir ki, bu sözləri Təhsili naziri Ceyhun Bayramov deyib.

Oktyabrın 15-də "Sənaye -peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf" mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Koreyanın ölkəmizdəki səfiri Kim Ton Op, millət vəkilləri, Təhsil Nazirliyi yanında ictimai şuranın üzvləri, ölkəmizdəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların,eləcə də işə götürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf  etdirilməsi, məşğulluğunun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. Ölkə Prezidentinin inkişafa xüsusi diqqətini vurğulayan nazir bildirib ki, "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə işə götürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub:

"Ölkəmizin sosial iqtisadi inkişafında peşə təhsili iqtisadiyyatın real sektorunun əmək bazarına məşğulluğun artırılması idxaldan asılılğı azaldılmasında müstəsna rola malikdir.2018-2019-cu illər ərzində dünya sıralamasında 69-cu yerdən 58-ci yerə qalxdı. Peşə təhsilinin inkişaf etdiyi ölkələrin təcrübəsi görtərir ki bu sahədə işə götürənlərin inteqrasiyası mühüm rol oynayır. Bu sahədə ölkəmizdə atılan mühüm addımlardan biri, “Peşə Təhsili haqqında Qanun”-un qəbul edilməsidir.

Eyni zamanda, bu ildən işə götürənlərə peşə təhsili müəssisələri arasındakı əlaqə zəruri xarakter daşıyır. Belə ki, təhsilalanların attestasiya komissiyasında işə götürənlər də iştirak edəcək.

Bundan əlavə peşə təhsil müəssisələri arasında 115 memerandum imzalanıb".

Tədbirin sonunda konfrans iştirakçıları Koreya standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.

İlin gənc müəllimi-Müraciət formu