Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 12:58:00
Övladını digər məktəbə dəyişmək istəyən valideyn nə etməli?  

"İlk dəfə olaraq 2019-cu ildən etibarən ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. 2019-cu ilin avqust ayından etibarən Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir".

AzEdu.az-ın məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

İdarə müdirinin sözlərinə görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn artıq həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə deyil, elektron qeydiyyatdan keçərək (www.sy.edu.az) yerdəyişmə etmək istədiyi məktəb və sinfi seçərək müvafiq sorğu göndərir.

"Tətbiq edilən elektron sistem təhsilin təşkili və idarəedilməsi sahəsində optimal qərarların verilməsi üçün statistik və dinamik hesabatların əldə edilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, məktəb seçimində valideynlərin hüquqlarının qorunmasına, o cümlədən subyektiv amillərin qarşısının alınmasına zəmin yaradır", - deyə Rəşad Tağıyev bildirib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları