Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 11:23:00
Bakıda 184 məktəbdə 404 təmayül sinfi açılıb

"2019-2020–ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində ilk peşə təmayüllü siniflər yaradılıb".

AzEdu.az-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinif fəaliyyət göstərib:       

"2019-2020-ci dərs ilində isə 184 məktəbdə 404 təmayül sinfi açılıb. Aparılan ilkin təhlillərə görə, təmayül sinifləri bitirən məzunlar daha yüksək nəticələr göstərir. 2018-2019-cu tədris ilində humanitar fənlər təmayüllü siniflərin tədris dili və xarici dil üzrə orta bal göstəriciləri həm BŞTİ üzrə ümumi, həm də təmayül olmayan siniflər üzrə orta bal göstəricilərindən kifayət qədər yüksəkdir. Texniki fənlər üzrə təmayül siniflərin də riyaziyyat fənni üzrə orta bal göstəriciləri nisbətən yüksəkdir. Həmçinin kombinə olunmuş siniflərin orta bal göstəriciləri BŞTİ üzrə orta bal göstəricilərindən yüksəkdə dayanır".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları