Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 16:35:00
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb  

Bakıda universitet müəlliminin velosipedi oğurlanıb.

AzEdu.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuriy Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.