Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 12:55:00
Almaniyada təhsil neçəyədir? - QİYMƏTLƏR  

Bu gün azərbaycanlı abituriyent və tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biri də Almaniyadır.

AzEdu.az bu yazıda, Almaniyadakı təhsil qiymətlərini təqdim edir

Almaniyada həyat Avropa ilə müqayisədə baha deyil. Əksinə, geyim, ərzaq və s. xərclər Avropa İttifaqına uyğundur.

Təhsil aldığınız zaman bu xərclərlə yanaşı, sığorta, semestr haqqı və bəlkə də təhsil haqqı ödəməlisiniz. Almaniyada tələbələrin əksəriyyəti, adətən, dövlət ali məktəblərində təhsil alırlar. Burada bakalavr və əksər magsitratura ixtisasları üzrə təhsilhaqqı tələb olunmur. Lakin, dövlət ali təhsil müəssisələrində bəzi magistr ixtisasları və özəl ali təhsil müəssisələrində təhsil haqqı tələb edilir. Bu məbləğ bəzi hallarda 10000 avrodan çox olur.

Semestr haqqına semestr ərzində ictimai nəqliyyatdan pulsuz istifadə etmək üçün semestr kartı da daxildir. Bu məbləğ müxtəlif  universitetlərdə 200-250 avro aralığında dəyişir.

Almaniyada tələbəyə nə qədər pul lazım olduğunu demək çətin olsa da, statistikaya görə, kiçik şəhərlərdə nisbətən daha az  pul tələb olunur. Ümumi götürdükdə, Almaniyada tələbələrə ayda orta hesabla, 865 avro pul lazımdır. Xərclərin böyük hissəsini kirayə haqqı təşkil edir.

Əcnəbi tələbə kimi Almaniyada yalnız məhdud sahələrdə işləməyə icazə verilir. Əlavə iş sizin büdcə imkanlarınızı artırsa da, yalnız işləməklə təhsili maliyyələşdirmək mümkün deyil.

Bundan əlavə, hər bir tələbə maliyyə imkanının olmasını sübut etməlidir. Tələbənin ildə 8000 avroya malik olmasını sübut edən sənəd tələb olunur.