Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-12 11:19:00
ABŞ-da oxumaq istəyənlərin diqqətinə - “Greencard” saxtakarlığı ilə  bağlı vətəndaşlara müraciət olundu  

 “Greencard” lotereyasına müraciət etmək üçün qeydiyyat başlanılıb.

 AzEdu.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ilin “Greencard” viza proqramındakı saxtakarlıqla bağlı vətəndaşlara müraciət edib:

“ABŞ-ın Azərbaycandakı Səfirliyi “Greencard” viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir. Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

 Bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramınına daxil etmək məqsədi ilə, vətəndaşlara şəxsi məlumatları vermək üçün müraciət edə bilər. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir.

Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərə bilərsiniz: http://www.dvlottery.state.gov

Qeyd edək ki, “Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir.  “Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

2021-ci il üçün “”Greencard” lotereyasına müraciət oktyabrın əvvəllərində başlanıb və 5 noyabr 2019-cu ilə qədər davam edəcək.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları