Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 20:11:00
Tələbə qızı maşınla vurub öldürən təqaüddə olan polisdir - FOTO

Dərsə gedərkən yol qəzasının qurbanı olan tələbənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AzEdu.az-ın  məlumatına görə, oktyabrın 9-da Abşeron rayonunda 17 yaşlı tələbəni dərsə gedərkən vuran avtomobilin sürücüsü yol polisi kapitanı olub.

Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Rüfət Quliyev Unikal.org-a  açıqlamasında bildirib ki,hadisəni törədən şəxs hazırda Daxili İşlər orqanlarında çalışmır:

“Vətəndaş Solmaz Abdullayeva yolu keçərkən 90 DH 530 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillə vurulub və vəfat edib.Həmin avtomobili idarə edən Azad Ağayev Daxili İşlər Nazirliyinin sabiq polis əməkdaşıdır və bir müddətdir təqaüddədir. Dövlət qeydiyyat nömrəsindən göründüyü kimi avtomobil xidməti deyil və həmin şəxs təqaüddə olduğu üçün xidmət başında da olmayıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.