XƏBƏRLƏR

11.10.2019 16:56
“Hazırladığım təyyarə modellərini Niderlanda aparacağam” – IX sinif şagirdi  

“Hazırladığım modellərlə dəfələrlə yarışlarda iştirak edərək, qalib gəlmişəm”.

245 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Zahir Dəmirov ərsəyə gətirdiyi modellərlə Niderlanddakı yarışlara hazırlaşır.

Təyyarə, gəmi və s. modellərini hazırlayan Zahir AzEdu.az-a açıqlamasında gördüyü işlərdən söz açdı:

“Əsl Abşeron gəmisini  modelini taxta dəmir və başqa materiallardan yararlanaraq, 9 ay ərzində ərsəyə gətirə bildim.  Modellə maketin  fərqi odur ki, maket hərəkətsiz, model isə, əsli kimi hərəkətli olur. Hazırladığım modellə dəfələrlə yarışlarda iştirak edərək, yüksək yerlər tutmuşam.

Öz ideyamla düzəltdiyim təyyarə modellərim də var. Sərgidə yer olmadığı üçün, gətirə bilmədim.  Hazırladığım modellərlə Hollandiyadakı yarışda da iştirak edəcəyəm”.

“Mexanizmlərin içində nə olduğu, necə işləmələri həmişə diqqətimi çəkib”

Həmsöhbətimiz kiçik yaşlarından mexanizmlərlə maraqlansa da, tək bununla kifayətlənməyib. İdmana da diqqət yetirən Zahir Dəmirov cüdo ilə də məşğul olur:

“Uşaqlığımdan bu sahəyə marağım var idi. Nəyisə söküb yığmağı xoşlayırdım. Mexanizmlərin içində nə olduğu, necə işləmələri mənə həmişə diqqətimi çəkib.

Daha sonra, özümü inkişaf etdirə biləcəyim 2 nömrəli uşaq gənclər mərkəzi haqqında eşitdim. Mərkəzdə sıfırdan başlayaraq,  model hazırlamağı öyrəndim. Burdakı bütün modelləri mən hazırlamışam.  Modellərin bəzi detallarını Çindən sifariş etməli oluruq.

Eyni zamanda idmanla da maraqlanıram. Cüdo  ilə də məşğulam. I ixtisas qrupuna hazırlaşıram. Arzum mühəndis olmaqdır”.

İlin gənc müəllimi-Müraciət formu