Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 16:41:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Rəqsanə Haqverdiyevaya həsr olunub. O, 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal,  2018-ci ildə isə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 49 bal toplayıb. Hazırda Sabirabad rayonu Bulaqlı kənd V.Quliyev adına tam orta məktəbinin ingilis dili müəllimi işləyir. 

Rəqsanə Haqverdiyeva  həftədə 3 gün uzun məsafə qət edərək Bakıdan Bulaqlı kəndinə dərs deməyə gəlir. Hər zaman kənd uşaqlarına dərs demək, onlara dəstək olmaq arzusunda olan Rəqsanə Haqverdiyeva deyir ki, işə qəbul imtahanı onu bu istəyinə aparan bir yol olub. O düşünür ki, kənd məktəbində təhsil vermək çətin deyil, sadəcə məsuliyyətin böyük olduğunu dərk etməlisən. Rəqsanə müəllim bildirir ki, şagirdlərinin sevgisi, ingilis dili fənninə maraq göstərərək səylə çalışmaları qarşılaşdığı çətinlikləri dəf etməyə köməklik göstərir. Onun fikrincə, əsl müəllim öyrətməkdən çox, şagirdlərində öyrənmək istəyi yaratmağı bacarmalıdır.