Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 16:29:28
Təhsil Sərgisinin ən böyük stendi təhsilin informasiyalaşdırılmasına həsr olunub - VİDEO  

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ikinci günü çərçivəsində “Təhsil” televiziyasının “Təməl” verilişi canlı yayımlanır.

AzEdu.az xəbər verir ki, verilişin mövzusu təhsilin informasiyalaşdırılması istiqamətində görülən işlər və gələcək planlara həsr olunub.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov verilişin qonağıdır. 

Qeyd edək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində nümayiş edilən ən böyük stend Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə məxsusdur.