Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-11 16:05:00
Universitet  bufetlərindəki bəla - Tələbələr üçün qəbul olunmuş normativlər

Ali təhsil müəssisələrinin yeməkxana və bufetlərindəki qiymətlər zaman – zaman mediada müzakirə mövzusu olub. Bu məkanlarda yaşanan sıxlıq isə çoxlarına tanışdır.

Bəs, əslində bütün tələbələrin rahatlıqla yerləşdirilməsi üçün ali təhsil müəssisələrindəki yeməkxana və bufetlərin ölçüsü nə qədər olmalıdır?

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarında əks olunub.

Qanunvericiliyə görə, ali təhsil müəssisələrində bufet və yeməkxanaların nəzdində tələbələrin 2 növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməlidir.

Bundan əlavə, yemək qəbulu zalında bir tələbəyə 1,6 kvadrat metr hesablanmış ərazi nəzərdə tutulub.

Yeməkxanada 20 oturacaq yeri üçün 1 əlüzyuyan quraşdırılır.

Universitetlərin yeməkxanasında isti sex, soyuq qəlyanaltılar sahəsi, ət və balıq emalı sahəsi, yeməkxana və mətbəx qab-qacağının yuyulması sahələri, quru ərzaq və tərəvəz anbarları, ət və tez xarab olan məhsulların saxlanması üçün soyuducular, qida blokunun əməkdaşları üçün otaqlar və sanitar qovşağı, yük anbarı, qida tullantıları üçün soyuducu kameranın olması nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kbainetinin müvafiq qərarında ali təhsil müəssisələrinin torpaq sahəsinə, bina və otaqlara, işıqlandırılması və s-ə qoyulan tələblər, minimal normativlər qeyd edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları